21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Çavuşoğlu jurnalistə əsəbiləşdi -


Çavuşoğlu jurnalistə əsəbiləşdi -

31.05.2018 22:18
admin

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada "Deutsche Welle"nin "Konflikt zonası" verilişində verdiyi müsahibə zamanı gərginlik yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Çavuşoğlu müsahibənin gedişində jurnalist Tim Sebastyanın tez-tez onun sözünü kəsməsinə əsəbiləşib.

Nazir jurnalistdən onun sözünü kəsməməsini tələb edib:

"Danışmağıma icazə vermirsiniz. Sualınızı verirsiniz, dediyim ilk cümlədən sonra sözümü kəsirsiniz və məndən daha çox şərh verirsiniz. Belə müsahibə olmaz. Sualınızı verin, şərhinizi əlavə edin və mən cavablayana qədər sözümüm kəsməyin. Əgər Türkiyənin Xarici İşlər nazirini bu formada təhqir etmək istəyirsənizsə, bu doğru yol deyil. Siz hörmət etmirsiniz".

Qeyd edək ki, gərginlik anları videoda 5:37 - 6:25 dəqiqələr arasındadır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *