21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Paşinyan Qərbə meyillənməklə Rusiyaya təzyiq göstərmək istəyir"


"Paşinyan Qərbə meyillənməklə Rusiyaya təzyiq göstərmək istəyir"

31.05.2018 19:26
admin

Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə meyillənməsi ermənilərin hər yerdən faydalanmaq üçün yeritdiyi siyasətin tərkib hissəsidir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, ermənilər tarixən böyük ölkələrə yaltaqlanmaqla dolanıblar: "Bu, təkcə Paşinyanla bağlı deyil, ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, özlərini millət adlandırmağa çalışan erməni toplumu tarixin bütün dövrlərində müəyyən qüvvələrdən bəhrələnməyə cəhd edib. Ermənilər hamıdan xeyir görmək üçün müxtəlif variantlara əl atıblar. Onsuz da Ermənistanın iqtisadiyyatını, müdafiəsini, siyasətini Rusiya müəyyən edir".

O əlavə edib ki, N.Paşinyan Qərbə meyillənməklə Rusiyaya təzyiq göstərmək, asılılığı azaltmaq istəyir: "O Rusiya ki, Ermənistanın sərhədlərini, hava məkanını qoruyur, ölkə iqtisadiyyatının 80 faizindən çoxu əlində cəmləşib. Lakin Paşinyan Qərbdən həm maliyyə, həm də diplomatik dəstək almaq istəyir. Lakin Paşinyan hələ bir dövlət rəhbəri kimi, siyasətçi kimi formalaşmadığından atacağı addımların hansı nəticə verəcəyini bilmir. Paşinyan xaricdəki bir sıra müəyyən qüvvələr tərəfindən idarə olunur, diktə ilə hərəkət edir. Paşinyan xalqın ona olan inamını itirməkdə davam edir".

Millət vəkili bildirib ki, N.Paşinyanın hakimiyyətə gəlməsində Qərbin rolu danılmazdır: "Məlumata görə, Ermənistanın diplomatik nümayəndəlikləri və digər qurumlarında 2 min nəfərə qədər amerikalı çalışır. Təbii ki, onların təsiri və nəzarəti var. Ermənistanda iğtişaşların, etirazların təşkil olunmasında Amerika Birləşmiş Ştatları və Qərbin müəyyən dairələrinin rolu var. Təbii ki, Paşinyan da onların qarşısında müəyyən öhdəlik götürüb".

E.Məmmədov vurğulayıb ki, bütün bunlar Rusiyanın Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşının Azərbaycan olduğunu göstərir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *