-3,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » "Böyük Britaniya Azərbaycan üçün prioritet layihələrdə iştirakını genişləndirməyə davam edəcək"


"Böyük Britaniya Azərbaycan üçün prioritet layihələrdə iştirakını genişləndirməyə davam edəcək"

29.05.2018 20:56
admin

Böyük Britaniya həm enerji, həm də qeyri-enerji sektorunda bir sıra prioritet layihələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyə davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün mən Böyük Britaniya baş naziri Tereza Meyin "Cənub Qaz Dəhlizi"nin işə salınması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubunu oxumaq şərəfinə layiq görüldüm. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və ölkənizin böyük layihələrində iştirakımızı daha da genişləndirməyə hazırıq".

Baronessanın sözlərinə görə, hazırda Azərbaycanda 500 Britaniya şirkəti fəaliyyət göstərir:

"Biz Azərbaycanı onun inkişafında mühüm amil olan iqtisadiyyatın şaxələndirilməsində dəstəkləməyə hazırıq. Bizim gələcək əməkdaşlıq planlarımıza təhsil, səhiyyə, kənd təsərrüfatı və s. kimi sahələrdə layihələr daxildir".

E.Nikolson həmçinin xatırladıb ki, Böyük Britaniya səfirliyi Formula 1 yarışlarında Azərbaycanı dəstəkləyib və buna bənzər layihələrin təşkilində ölkəyə dəstək verməyə hazırdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *