26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Radikal müxalifətin daxilindəki qarşılıqlı ittihamlar onların üzündən maskaları götürür"


"Radikal müxalifətin daxilindəki qarşılıqlı ittihamlar onların üzündən maskaları götürür"

20.05.2018 14:17
admin

Son dövrlərdə müxalifətin ayrı-ayrı qanadlarının bir-birinə qarşı ittihamları onların üzündəki maskaları götürməkdədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, söhbət Azərbaycanda fəaliyyət göstərən radikal müxalifətdən və siyasi mühacir adı altında Avropada öz həyatlarını yüksək səviyyədə qurmaq arzusunda olan insanlardan gedir. Həmin şəxslər həqiqəti əks etdirməyən, daha çox qərəz, böhtan, iftira dolu fikirlərlə, ifadələrlə erməni lobbisinin xüsusi yeri olduğu antiazərbaycan qüvvələrin tərkibində yer almaqdadırlar:

"Əlbəttə, onlara sifarişlər olur, onlar da bu sifarişin müqabilində qrantlar alırlar. Qrant almadan bu radikal müxalifətin rəhbərlərinin, ailələrinin həyat səviyyəsi hansı vəsait hesabına belə yuxarı ola bilər? Və yaxud da siyasi mühacirin özü gedib bu və ya digər ölkəyə sığınırsa, öz həyatını yüksək səviyyədə qurursa, soruşmaq lazımdır ki, bunun mənbələri haradandır? Onlar əslində qrant sayəsində yaşayırlar və fəaliyyətləri siyasi çətir altında biznes qurmaqdır. Artıq Azərbaycanda tükənən, antiazərbaycan qüvvələrin etimadını itirən radikal müxalifətdən imtina edilir və daha çox üstünlük siyasi mühacir deyilən insanlara, eyni zamanda əxlaqsız düşüncələrlə, tərbiyəsiz sözlərlə Azərbaycan dövlətinin üzərinə gələnlərə verilir. Ona görə də xaricdəkilərlə Azərbaycanda olanlar arasında bu cür çəkişmələr, qarşılıqlı ittihamlar başlayıb".

Qeyd edək ki, mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını" və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər "qrantyeyənlərin" ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə büruzə verir, hətta təhqiramiz şəkil alıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *