13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Oqtay Əsədov: "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qərarı ədalətsizdir"


Oqtay Əsədov: "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qərarı ədalətsizdir"

18.05.2018 13:58
admin

Azərbaycanda bəzi "vətənpərvərlər" bu məsələni əldə bayraq edir, qəzetlər, saytlar bu məsələdən yazır. Təbii ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı ədalətsizdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin spikeri Oqtay Əsədov AŞ PA-da ölkəmizə qarşı qəbul edilən sanksiyaya münasibət bildirərkən deyib.

O.Əsədov bildirib ki, bəziləri bu sanksiyanın ilk olduğunu deyirlər: "Lakin bu ilk deyil, dəfələrlə belə hal olub. Biz AŞ PA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etmək üçün Dağlıq Qarabağda olan fransalı deputatın ölkəmizə gəlməsinə icazə vermədik və burada bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiya altında iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik".

Spiker qeyd edib ki, yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi:

"O ki qaldı Səməd Seyidova qarşı ədalətsiz sanksiyaya, bu məsələ çox şişirdilir. Burada nə baş verir? Səməd Seyidova icazə verilməyəcək ki, seçkili orqanlara seçilməsin. Heç seçilmək də istəmir. Seçilməsin də. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç etməsin də. Burada nə var ki, bunu böyüdürlər? Səməd Seyidov bizim mübariz deputatımızdır. O öz işini, mübarizliyini davam etdirəcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *