17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Hikmət Hacıyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır"


Hikmət Hacıyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır"

16.05.2018 23:04
admin

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin Prezident İlham Əliyevin bugünki çıxışına birmənalı olmayan reaksiyalarını şərh edərkən bildirib.

H.Hacıyev deyib: "Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sargisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir".

Mətbuat xidmətinin rəhbəri həmçinin qeyd edib ki, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər: "Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *