17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları qaydası təsdiq edilib


Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları qaydası təsdiq edilib

15.05.2018 23:02
admin

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası"nın və "Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət xəzinədarlığı məlumatlarına çıxışı nəzərdə tutulan dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün müvafiq elektron sistemin yaradılmasını və 2018-ci il mayın 1-dək tətbiq olunmasını təmin etməlidir və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumları informasiya sistemlərinin və ehtiyatlarının bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan elektron sistemə qoşulması üçün zəruri tədbirlər görməlidirlər.

Dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı verilən məsul şəxsləri müəyyən etməlidirlər, müvafiq tədbirlər görülməsi üçün onlar barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etməlidirlər.

Müvafiq məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını lazımi proqram təminatı ilə təmin etməlidirlər, onların dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumlarını mühafizə olunan rabitə kanalları ilə təmin etməlidir, rabitə kanalının texniki-texnoloji infrastrukturunun istismarını və informasiya təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *