10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » ATƏT PA-nın vitse-prezidenti: "Qondarma rejimin təmsilçilərinin ABŞ və Fransaya səfərləri danışıqlar prosesinə mane olur"


ATƏT PA-nın vitse-prezidenti: "Qondarma rejimin təmsilçilərinin ABŞ və Fransaya səfərləri danışıqlar prosesinə mane olur"

17.04.2018 00:09
admin

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlara mane olur, separatizmi və işğalı təbliğ edir.

Milli.Az bildirir ki, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərlərinə kəskin etirazını bildirərkən deyib.

A.Quliyev qeyd edib: "Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində, Fransa Senatında və Milli Assambleyasında görüşlər keçiriblər".

O bildirib ki, qondarma rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistematik hal alması Azərbaycanın Fransa və ABŞ ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil: "Belə səfərlərin təşkil olunması Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi, işğalı təbliğ edir".

ATƏT PA-nın vitse-prezidenti deyib ki, separatçılar beynəlxalq hüquq və qanunun aliliyinin əsas prinsiplərinə uyğun şəkildə eyni münasibətlə qarşılaşmalıdırlar:

"Bu baxımdan ikili standartların hər hansısa bir təzahürü qəbuledilməzdir. Fransa və ABŞ-ın müvafiq səlahiyyətli orqanları qondarma rejimin agentlərinə vizaların verilməsini və ölkələrinə onların səfərlərinin təşkili prosesini dayandırmalıdırlar. Mən Fransanın və Amerika Birləşmiş Ştatlarının hökumətlərini danışıqlar prosesində və münaqişənin həlli üçün vacib olan ATƏT-in Minsk qrupunun vasitəçisi və həmsədri rolunu nəzərə alaraq lazımi tədbirlər görməyə çağırıram".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *