11,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Mahmud Abbas İlham Əliyevi təbrik edib


Mahmud Abbas İlham Əliyevi təbrik edib

16.04.2018 20:20
admin

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *