-0,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycan səfiri Qətər naziri ilə görüş keçirib


Azərbaycan səfiri Qətər naziri ilə görüş keçirib

16.04.2018 15:05
admin

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov,Qətər Dövlətinin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti arasında nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində iki tərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarının müzakirəsi məqsədilə görüş keçirib. 

Görüşdə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə qarşı tərəf məlumatlandırıldı və 2007-ci ildən tikintisinə başlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçən ilin oktyabr ayından işə düşdüyü, Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunu artırdığı diqqətə çatdırılıb. Həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlər haqqında məlumat verərək, bu nəqliyyat dəhlizinin Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars Körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağını bildirildi. Ölkəmizdə beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri üzrə tətbiq olunan güzəştlər haqqında da həmsöhbətə məlumat verildi. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *