16,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir"


Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir"

16.04.2018 13:30
admin

Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, YAP-ın namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır:

"Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil edib, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının icra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olub. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur".

Ə.Əhmədov qeyd edib ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30