19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı bəyanatı anti-Azərbaycan qüvvələrin maraqlarına söykənir -


ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı bəyanatı anti-Azərbaycan qüvvələrin maraqlarına söykənir -

15.04.2018 22:22
admin

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatında səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, ATƏT DTİHB əsasən seçki prosesində rəqabət mühitinin olmamasını irad tutur:

"Seçki öncəsi həmin müşahidə missiyası bir çox partiya rəhbərləri ilə, o cümlədən bizim partiyada da görüş keçirdi. Bizimlə görüşdə seçki prosesinin tam normal olduğunu dedilər və biz də bu barədə müvafiq məlumatları verdik. Lakin hesabatlarında qeyd etdilər ki, budəfəki seçkidə rəqabət mühiti olmayıb və s. Əgər müxalifət seçkilərdə iştirak etmirsə, burada iqtidarın nə günahı var? Məgər onların seçkidə iştirak etməməsi iqtidarın təqsiridir? Əgər müxalifət seçki prosesinin müddətinin az olduğunu bəhanə edirsə, Avropa dövlətlərində də seçki müddəti bu qədərdir. Əgər müxalifət 5 il müddətində seçkiyə hazırlaşa bilmirsə, bir ay artırmaqla nə hazırlıq görəcəkdi? Radikal müxalifət seçkilərdə məğlub olacağını yaxşı bilirdi, ona görə də seçkilərə getmədilər. Başqa bəhanə gətirmək gülüncdür.

ATƏT DTİHB iddia edir ki, seçki dövründə Prezidenti daha çox təbliğ ediblər. Axı Prezident seçkilərdə namizəd kimi təbliğ olunmayıb. Təbii ki, onun dövlət başçısı kimi fəaliyyəti işıqlandırılmalıdır və bunun təbliğata heç bir aidiyyəti yoxdur. ATƏT DTİHB-nin bu iddiaları heç bir məntiqə sığmır. Bütün bunlar əsassız və subyektiv bir mülahizədir, hansısa radikal, anti-Azərbaycan qüvvələrin maraqlarına söykənir. ATƏT DTİHB-nin müşahidə missiyasının üzvlərindən soruşmaq istərdim ki, əgər belə hesabat yayacaqdılarsa, o zaman siyasi partiya sədrləri ilə görüşməkdə məqsədləri nə idi? Əgər görüşdükləri partiya sədrləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələrinin fikirlərini nəzərə almayacaqdılarsa, niyə həmin şəxslərlə görüşüb fikirlərini öyrənirdilər?"

T.Kərimli bildirib ki, prezident seçkilərində Azərbaycan xalqı ölkənin sabitliyinə, iqtisadi inkişafına, millətin rifahına, təhlükəsizliyinə səs verdi:

"Xalq bilir ki, ölkəyə sabitlik, təhlükəsizlik lazımdır. Azərbaycan xalqı bilir ki, bu sabitlik, bu təhlükəsizlik, bu inkişaf Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Ona görə xalq bu dəfə də Prezident İlham Əliyevə səs verdi ki, ölkədə sabitlik olsun. Azərbaycan xalqı dərk edir ki, ölkədə sabitliyi hər kəs təmin edə bilməz".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *