6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » ATƏT DTİHB də "Milli Şura"ya kömək edə bilmədi


ATƏT DTİHB də "Milli Şura"ya kömək edə bilmədi

14.04.2018 19:41
admin

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan partiya və birliklər aprelin 14-də növbəti mitinqini keçirdi.

Seçkilərdə məğlub olacaqlarını çox yaxşı anladıqları üçün seçkiləri boykot edən "Milli Şura"nın başbilənləri bu qərarlarına "səbəb" kimi hələ keçirilməmiş səsvermədə guya saxtakarlıqlar olacağını iddia etmişdilər. Yəqin onlara ağalarından "vəhy" gəlmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Azərbaycanda seçkiləri izlədiyini və əlbəttə ki, əvvəlcədən hazırlanmış qərəzli ilkin hesabatla çıxış edəcəyini bilən Əli Kərimli də səsvermə başlayar-başlamaz falçılıq edərək seçkilərin nəticələrinin saxta olacağını bəyan etdi və insanları 14 aprel mitinqinə çağırdı. Bu da Əli Kərimlinin anti-Azərbaycan qüvvələrin, o cümlədən erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən ATƏT DTİHB ilə əlbir olduğunu və ya "Milli Şura" ilə Büronun eyni mərkəzdən idarə edildiyini göstərir.

Bəli, ssenari əvvəlcədən yazılmışdı: ATƏT-in Bürosu sifarişlə hazırlanmış hesabatla Azərbaycana gəlir, səsvermə başlayandan bir qədər sonra Əli Kərimli münəccimlik edir və çağırışına heç vaxt cavab verməyən insanları mitinqə dəvət edir, seçkilərin səhəri günü DTİHB ənənəvi hesabatı təqdim edir, iki gün sonra vəcdə gələn "Milli Şura" rəhbərləri mitinq təşkil edir və Əli Kərimli fərəhlənir: "Görürsünüz, onlar da biz deyəni deyir".

Əli Kərimli mitinq tamaşasına daha çox insan cəlb etmək məqsədilə özünü gülünc vəziyyətə qoyaraq guya ATƏT DTİHB-nin hesabatının ölkədə təşvişə səbəb olduğunu deyir. Kor-kor, gör-gör, seçkilərdə heç kim heç kimi seçki məntəqəsinə gəlməyə, hansısa namizədə səs verməyə məcbur etməyib, edə də bilməz. Qutular şəffaf, bəzi məntəqələrdə də veb-kameralar. Təşvişə nə səbəb var? Və ya ATƏT DTİHB kimi qurumların saxta hesabatları niyə təşvişə salmalıdır ki?

Yaxşı olardı ki, Əli Kərimli adında "insan haqları" sözləri olan DTİHB-ni öz doğma yurdunda yaşamaqdan məhrum olmaq kimi ən əsas insan haqları pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının bərpası ilə məşğul olmağa çağırsın. Susur, çünki hər iki tərəfə əmr eyni yerdən gəlir və həmin əmr və ya əmrləri verənlərə insan hüquqları deyil, öz xəbis niyyətləri maraqlıdır.

Seçkilərdə rəqabət mühitinin olmadığını bəyan edən Əli Kərimliyə 8 prezidentliyə namizədin olduğunu, hər birinə pulsuz efir vaxtı, təbliğat-təşviqat üçün yer verildiyini xatırlatmaq lazımdır. Əgər hansısa namizəd bu imkanlardan yararlanmayıbsa, bunu "rəqabət mühitinin olmaması" kimi qələmə vermək olmaz.

Maraqlıdır ki, seçkiləri izləyən 900-ə yaxın beynəlxalq müşahidəçi arasında yalnız ATƏT DTİHB-nin müşahidə missiyasının bəzi üzvləri qərəzli münasibət göstərdi. Bəli, məhz bəzi üzvləri. Çünki bu hesabatla razılaşmayan digər üzvlər isə işdən kənarlaşdırıldılar.

Ümumilikdə mitinq həmişəki kimi keçdi - boş bəyanatlar, populist çıxışlar - və yarım saat gec başladı. Bu dəfə şouya daha az insan qatıldı - cəmi min nəfər. Get-gedə mitinqə gələnlərin, dəstəyin azaldığını görən Əli Kərimli artıq məğlubiyyəti etiraf edib siyasi səhnədən uzaqlaşmalıdır. Amma bunu özünə hörmət edən siyasətçilər edir, mitinq keçirərək qrantlar almaqla, insanları aldatmaqla varlananlar deyil.

Beləliklə, hər dəfə cəmi bir neçə yüz insanın, o cümlədən radikal dindarların qatıldığı mitinqlərin sayını xüsusilə də seçkilər dövründə artırmaqla, bu mitinqlərlə guya ölkədə söz azadlığının pozulduğunu elan etməklə (halbuki "Milli Şura"nın hər mitinqinə icazə verilir, yəni söz azadlığı məhdudlaşdırılmır) öz aləmində böyük bir iş gördüyünü düşünən, ya da xaricdəki rəhbərlərinin gözündən pərdə asan Əli Kərimlini onun çağırışlarına cavab verməyən, seçkilərdə Prezident İlham Əliyevin siyasətinə tam dəstək verən Azərbaycan xalqı boykot etdi.

Bəxtiyar Hacıyev

Trend

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *