30,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Artıq Türk Birliyinin qurulması şərtdir" -


"Artıq Türk Birliyinin qurulması şərtdir" -

13.03.2018 23:43
admin

"Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq".

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi mətbuat konfransında deyib. 

TDPB sədri, türk dünyasının millət vəkilləri, iş adamları, QHT-lər və media nümayəndələrinin vasitəsilə Türk dünyasında birlik və bərabərliyi gücləndirməyə çağırıb: "Hədəfimiz türk dünyasını yaradan müstəqil türk dövlətlərinin parlamentləri və millət vəkilləri arasında əməkdaşlığı inkişaf etdirməkdir". 

Türkiyə ordusunun Afrindəki əməliyyatda haqlı olduğunu vurğulayan N.Çələbi ölkəsinin təklənilməyə çalışıldığını bildirib. 

"Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı" - deyə TDPB sədri bildirib.

Türk dünyasının millət vəkillərinə çağırış edən N.Çələbi Türk Dünyası Parlamentlər Birliyində hər partiyadan nümayəndə olduğunu bildirib

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *