29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Ağsaqqallar Şurası xalqımızı prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırır


Ağsaqqallar Şurası xalqımızı prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırır

14.02.2018 14:24
admin

Fevralın 14-də Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin Şura tərəfindən dəstəkləndiyini söyləyib.

F.Heydərov deyib ki, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, ölkədə sabitlik mövcuddur:

"İlham Əliyev hələ uzun müddət bu uğurlu siyasəti davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artması üçün qətiyyətli, iradəli, praqmatik dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləməyə çağırır".

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini dəstəkləməlidir: "Məhz ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, övladlarımız, nəvələrimiz firavan, sabit bir ölkədə yaşasınlar, biz ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, sabitliyinə səs verəcəyik".

Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *