22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Bolqarıstanın Aİ Şurasındakı sədrliyi Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə kömək edəcək"


"Bolqarıstanın Aİ Şurasındakı sədrliyi Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə kömək edəcək"

13.02.2018 17:44
admin

"Bolqarıstanın Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi Azərbaycanla əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar yaradacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

B.Borisov qeyd edib ki, Bolqarıstan Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlarda irəliləyişi alqışlayır: "Bu saziş tərəflər arasında münasibətlərdə yeni səhifə açacaq".

Baş nazir vurğulayıb ki, Bolqarıstan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramını Aİ-nin mehriban qonşuluq siyasətinin strateji istiqaməti və Şərqi Avropada sabitliyin aparıcı amili olaraq qətiyyətlə dəstəkləyir.

Qeyd edək ki, bu ilin yanvarında Bolqarıstanın Aİ Şurasında altı aylıq sədrlik müddəti başlayıb. Bu müddət iyunun 30-da başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *