25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » İnfarkt keçirən İsa Qəmbərdən XƏBƏR VAR -


İnfarkt keçirən İsa Qəmbərdən XƏBƏR VAR -

16.01.2018 11:42
admin

İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.

O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: "Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır".   

İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: "Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur".

Tarix elmləri namizədi Aidə Qəmbər APA-ya bildirib ki, həyat yoldaşı İ. Qəmbəri səhhəti yaxşıdır: "Mən İsa bəyin yanındayam. Onu müalicə edən həkimlə də danışmışam. Hər şey yolundadır. Düşünmürəm ki, onu xarici ölkəyə göndərmək lazım olsun. Yəqin ki, buna ehtiyac olmayacaq. Buradakı həkimlər də sağ olsunlar, İsa bəyə çox diqqətlə, qayğı ilə yanaşırlar. Onlara da təşəkkür edirəm".

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *