16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib


Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib

13.01.2018 11:13
admin

Yanvarın 12-də Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirdi.əfir F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstəyini xahiş etdi. F.Qurbanov 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula1 və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğuladı.

Bununla yanaşı qeyd olundu ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırdı ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən ekranlaşdırılan "Əli və Nino" filmi nümayiş etdirilmiş və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanmışdır. Sonda Səfir "Əli və Nino" kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini Prezident K.Grabar-Kitaroviçə təqdim etdi.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *