6,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanda 2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı


Azərbaycanda 2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı

13.01.2018 08:09
admin

2018-ci ildə Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barrel təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası (EIA) İdarəsinin proqnozunda deyilir.

EIA qeyd edib ki, 2017-ci ildə gündəlik neft və qaz hasilatı 0,8 milyon barrelə bərabər olub.

2019-cu ildə isə bu göstəricinin 0,77 milyon barrelə bərabər olacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, 2018-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 0,81 milyon barrel, ikinci rübündə 0,8 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,77 milyon barrel təşkil edəcək.

Eyni zamanda 2019-cu il üçün gündəlik neft hasilatı birinci və ikinci rüblərdə 0,78 milyon barrel, üçüncü rübdə 0,77 milyon barrel, dördüncü rübdə 0,76 milyon barrel həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda hasil olunan neftin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan əldə olunur. BP-nin məlumatına görə, 2016-cı ilin əvvəlinə olan vəziyyətə əsasən Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları 7 milyard barrel təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *