15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Aİ İtaliyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsilə həllinə yönəlmiş fəaliyyətini gücləndirmək öhdəliyini yüksək qiymətləndirir


Aİ İtaliyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsilə həllinə yönəlmiş fəaliyyətini gücləndirmək öhdəliyini yüksək qiymətləndirir

12.01.2018 23:15
admin

Avropa İttifaqı İtaliyanın həlli uzanmış münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərinin gücləndirilməsi üzrə öhdəliyini yüksək qiymətləndirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Aİ-nin ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq edilən bəyanatında bildirib.

Bəyanatda qeyd edilir ki, ATƏT ərazisindəki həlli uzanmış münaqişələr diqqət mərkəzində qalmaqda davam edir.

Bəyanatda qeyd olunur: "Biz həll uzanmış münaqişələri mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərini gücləndirmək öhdəliyini alqışlayırıq. Biz münaqişələrin humanitar aspektlərinə olan davamlı diqqəti yüksək qiymətləndiririk ".

Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən İtaliya ATƏT-də sədrlik edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *