8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Deputat: "2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq"


Deputat: "2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq"

11.01.2018 12:02
admin

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu:

"Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düçəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır".

Deputat əlavə edib ki, ümumilikdə necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *