13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycan Prezidenti: "Qəbələ şəhərinə və Şahdağ kurortuna dəmir yolunun çəkilişi təmin ediləcək"


Azərbaycan Prezidenti: "Qəbələ şəhərinə və Şahdağ kurortuna dəmir yolunun çəkilişi təmin ediləcək"

10.01.2018 22:31
admin

Qəbələ şəhərinə və Şahdağ kurortuna dəmir yolunun çəkilişi təmin ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq: "Demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib.

Mən giriş sözümdə qeyd etdiyim kimi, Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb. Ancaq biz böyük yüklər gözləyirik ki, bu yolla daşınacaq. Ona görə, mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir. Yəni, dəmir yolunun sürəti artmalıdır. Bu məqsədlə biz Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görməliyik. Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək".

İlham Əliyev əlavə edib ki, növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır: "Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *