11,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ermənistanda növbəti etiraz dalğası qaçılmazdır:


Ermənistanda növbəti etiraz dalğası qaçılmazdır:

10.01.2018 22:34
admin

Son günlərdə Ermənistanda bir çox istehlak mallarının bahalaşması, işsizlik və yoxsuluq səviyyəsinin artmaqda davam etməsi cəmiyyətdə böyük etirazlara səbəb olub.

Ermənistan vətəndaşları şikayət edirlər ki, gəlirlərinin azalması və bahalaşma səbəbindən bir sıra ərzaq məhsullarından imtina etməyə məcburdurlar. Pensiyaçıların isə zəruri dərmanlar almağa imkanları çatmır. Ümumiyyətlə, bir çoxları ölkədən çıxıb getməyin xilas yolu olduğunu düşünürlər.

Ölkəni tərk etmək demişkən, son iki ildə Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb. Ermənistan Polis İdarəsinin Pasport-viza departamenti təsdiq edib ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib. 2012-ci ildə 968 ərizə, 2013-cü il - 1461, 2014-cü il - 2407, 2015-ci il - 2487, ötən il isə 3863 belə ərizə daxil olub. Yəni 2012-ci ildən 2017-ci ilədək 15 mindən çox sakin vətəndaşlıqdan imtina edib.

Göründüyü kimi, vəziyyət o həddə çatıb ki, sosial böhranı nə dövlət qurumları, nə də rəsmi şəxslər təkzib edə bilir.

Ermənistanın sabiq polis rəisi, hakim Respublika Partiyasından olan deputat Alik Sarkisyan hesab edir ki, bu, ciddi göstəricidir və hökumət bunu ölkə üçün bir nömrəli problem kimi qəbul etməlidir.

A.Sarkisyan vətəndaşlıqdan imtinanı ölkədə sosial böhranla əlaqələndirir. Eyni zamanda, onun fikrincə, vətəndaşların böyük əksəriyyəti bu addımı orduda xidmətdən yayınmaq üçün atır.

Deməli, sıravi ermənilər artıq hakimiyyətin "Qarabağ oyunları"na inanmır, başqa ölkənin ərazisində xidmət edib həyatlarını riskə atmaq istəmirlər.

Yanvar ayından Ermənistanda qeydə alınan bahalaşma şübhəsiz ki, ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, əhalinin əksəriyyətinin onsuz da aşağı olan gəlirləri inflyasiya səbəbindən daha da azalacaq.

Ermənistan deputatı Vardan Bostancyan deyib ki, əhalinin gəlirlərinin az olduğunu nəzərə alaraq, hətta cüzi bahalaşma mənfi effekt verə bilər: "2018-ci ildə əməkhaqqı, pensiya və müavinətlər artırılmayacaq. Bu isə o deməkdir ki, bir çoxlarının gəlirləri inflyasiyaya davam gətirməyə kifayət etməyəcək".

V.Bostancyan hesab edir ki, inflyasiya Ermənistanda arzuolunmaz proseslərə səbəb olacaq: "O cümlədən yoxsulluğun səviyyəsi artacaq, mühacirət çoxalacaq, korrupsiya halları dərinləşəcək".

Belə vəziyyətlərdə lazımi miqdarda maliyyə resurslarının yoxluğu Ermənistan iqtisadi sisteminin son dərəcə zəifliyindən xəbər verir.

Xatırladaq ki, inhisarlaşmış iqtisadiyyat, zəif idarəetmə, azad rəqabətin olmaması şəraitində Ermənistanda bir çox istehlak mallarının qiymətləri, o cümlədən yanvarın 1-dən benzin, dizel və qaz yanacağının aksiz dərəcələri qaldırılıb.

Dövlət borcu da dayanmadan artır. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci il dekabrın 1-nə Ermənistanın xarici borcu 5,1 milyard dollar təşkil edib. Təkcə ötən ilin noyabr ayında ölkənin xarici borcu 62 milyon dollar artıb.

Təbii ki, Ermənistanda gündən-günə ağırlaşan sosial vəziyyət növbəti etiraz dalğasını qaçılmaz edir. Artıq "Çıxış yolu" siyasi bloku yanvarın 19-da Yerevanda qiymətlərin artmasına qarşı etiraz yürüşü keçirəcəyini bəyan edib. Nümayişlər vətəndaşların bir qisminə ümid verir ki, hakimiyyət problemlərin həllinə səy göstərəcək. Digərləri isə əmindir ki, hakimiyyət xalqı məhv etməyə hazırdır və onları heç bir nümayiş dayandıra bilməz.

Açıq-aydın görünür ki, Ermənistan vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyətdən narazıdır, yoxsulluq həddində yaşayır, gənclər orduda xidmət etmək istəmir, ölkə iqtisadiyyatı get-gedə çökür və s. Bütün bunlar laxlayan Sarkisyan rejiminin sonuna az qaldığını göstərir.

Bəxtiyar Hacıyev,

Trend

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *