16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » İlham Əliyev: "Bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır"


İlham Əliyev: "Bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır"

10.01.2018 22:43
admin

Bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq".

Azəbaycan Prezidenti hesab edir ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır: "Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.

Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi möhkəmləndirir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir: "Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. "Cənub Qaz Dəhlizi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmli strateji layihələrin icrası üçün xarici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik.

Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil".

Prezident əmin olduğunu bildirib ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq: "Qeyd etdiyim kimi, keçən il 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə ki, ilin əvvəlində dəqiq proqnoz vermək çətindir. Ancaq biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcəkdir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *