6,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh etdi


NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh etdi

08.01.2018 17:51
admin

"NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir. Bu bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib".

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında NATO hərbi rəsmisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda gözlənilən görüşlə bağlı sualı şərh edərkən deyib.

O bildirib ki, bu kontekstdə general Kertis Skaparroti və general Valeri Gerasimov arasında ötən il sentyabrın 14-də telefon danışığı olub: "Onlar təlimlərdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu danışıq NATO-nun şəffaflıq siyasəti və Rusiya rəhbərliyi ilə siyasi səviyyədə aparılan daimi dialoqa uyğun olaraq, hərbi əlaqələri inkişaf etdirməyə qarşılıqlı marağı nümayiş etdirdi. Prosesin gedişində baş verəcək istənilən irəliləyiş barədə məlumat açıqlanacaq".

Qeyd edək ki, "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb.

Xatırladaq ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *