9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » İran ABŞ-dan BMT-yə şikayət etdi


İran ABŞ-dan BMT-yə şikayət etdi

04.01.2018 19:30
admin

İran ABŞ-dan BMT-yə şikayət edib.

Milli.Az xəbər verir ki, APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrounun BMT-yə unvanladığı rəsmi şikayətdə ABŞ İranın daxili işlərinə qarışmaqda və zorakılığı təşviq etməkdə ittiham olunur.

Sənəddə qeyd edilib ki, ABŞ beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir: "Donald Trampın rəhbərlik etdiyi ABŞ Administrasiyası son günlər davamlı olaraq İranın daxili işlərinə qarışıb, zorakılıq və vandalizmə gətirib çıxara biləcək aksiyalara dəstəyini ifadə edib. ABŞ və onun köməkçiləri "Twitter" sosial şəbəkəsindəki tvitlərində iranlıları təxribatçı hərəkətlərə təhrik edir. İran bütün ölkələrdən bu təhlükəli siyasətin müzakirə edilməsini gözləyir. ABŞ BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etməlidir".

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb. ABŞ prezidenti D. Tramp dəfələrdə "Twitter" sosial şəbəkəsindəki səhifəsində aksiyaçılara dəstəyini ifadə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *