25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Ermənistanı işğal olunmuş əraziləri qismən qaytarmağa məcbur etmək mümkün olacaq"


"Ermənistanı işğal olunmuş əraziləri qismən qaytarmağa məcbur etmək mümkün olacaq"

29.12.2017 12:22
admin

"Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azernews"a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

O qeyd edib ki, Ermənistan bu vəziyyətə müqavimət göstərməyə çalışacaq: "Amma məsələyə real yanaşaq və Yerevanla Bakının imkanlarını və potensialını müqayisə edək. Ermənilər hər sahədə uduzur".

Ekspert vurğulayıb ki, başa çatmaqda olan ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından qiymətləndirmək çətindir: "Aydındır ki, münaqişənin həlli üçün tammiqyaslı diplomatik iş həyata keçirilir. Bəlkə bu indi nəzərə çarpmır, amma biz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla görüşlərinin şahidi olmuşuq. Münaqişə ilə bağlı müntəzəm şəkildə fikir mübadiləsi aparılır və həlli üçün üsullar təklif olunur".

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin yanvar ayında nəzərdə tutulmuş görüşü barədə danışan ekspert hesab edir ki, bu, heç bir nəticə verməyəcək: "Aydındır ki, münaqişə yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya və Türkiyə bu münaqişəni öz taleyinə buraxsaydı, biz bu münaqişə barədə çoxdan unutmuşduq. Çünki Yerevanla Bakının potensialı tamamilə fərqlidir və hərbi əməliyyatlar təqdirində Qarabağ çoxdan qaytarılmışdı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *