13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Berndə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb


Berndə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12.12.2017 21:24
admin

Dekabrın 12-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Mərasimə toplaşanlar Ulu Öndərin səfirlikdəki büstü önünə əklil qoyduqdan sonra, dahi rəhbərin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Daha sonra səfir Xanım İbrahimova ulu öndər Heydər Əliyevin həyat yolundan söz açıb, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, respublikamızın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən diplomatiyamızın inkişafındakı xidmətlərindən danışıb. Səfir ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərindən də ətraflı bəhs edib, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin milli mənafelərinin beynəlxalq aləmdə uğurla təmin edildiyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istehsalı olan "Əbədiyyət" filmini seyr ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *