26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Qarabağ" çox yaxşı çıxış etdi -


"Qarabağ" çox yaxşı çıxış etdi -

23.11.2017 08:23
admin

"Qarabağ" çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də "Qarabağ"ın əziyyətinə heyfim gəldi".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Çempionlar Liqasında "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib. Nazir digər sualları da cavablandırıb...

- 3 oyundur ki, "Qarabağ" əleyhinə penalti təyin olunur. Bunu Azərbaycan komandasının sıxışdırılması kimi də dəyərləndirmək olar?

- Bayaq bu barədə AFFA-nın baş katibi Elxan Məmmədovla da söhbət edirdik. Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdırlar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu ümid folu kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdir ki, gərək bu məsələyə diqqətlə yanaşaq.

- Ortada "Qarabağ" adı var. Bu səbəbdən, ardıcıl qırmızı vərəqələr məqsədli şəkildə verilə bilər?

- Bunu demək çətin məsələdir. Məqsədli edilib-edilmədiyini deyə bilmərəm. Amma bunlar o deməkdir ki, "Qarabağ və Azərbaycanın digər komandaları oyuna ikiqat diqqətlə yanaşsınlar.

- "Qarabağ"ın Çempionlar Liqasında oynaması Azərbaycanın xarici siyasətinə nə dərəcədə təsir göstərir?

- Çox böyük. "Qarabağ"ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, növbəti illərdə "Qarabağ"dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər.

- Düşünmək olarmı ki, "Qarabağ"ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədir?

- Məsələni siyasiləşdirirsiniz? (gülür - red.) Bu, futboldur. Yenə deyirəm: "Qarabağ"ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *