1,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Deputat: Azərbaycan sülh yolu ilə ərazi bütövlüyünü təmin etmək istəyir


Deputat: Azərbaycan sülh yolu ilə ərazi bütövlüyünü təmin etmək istəyir

14.11.2017 18:34
admin

Azərbaycan sülh yolu ilə erməni işğalı altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü, suverenliyini təmin etmək istəyir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışına münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə heç kimin şübhəsi olmasın: "Azərbaycan buna nail olacaq. Sadəcə olaraq dövlətimiz istəyir ki, bunu danışıqlar və sülh yolu ilə etsin. Əgər bu mümkün olmazsa, Azərbaycanın qüdrətli ordusu var. Beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirmələrinə görə də Azərbaycanın kifayət qədər güclü ordusu və texnikası var".

Deputat qeyd edib ki, Azərbaycan öz Konstitusiyasına əsaslanaraq, torpaqlarını işğaldan azad edə bilər: "Buna bizim qətiyyən şübhəmiz yoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən də sülhün tərəfdarıdırlarsa, onlar işğalçıya Azərbaycan ərazisindən çıxması və BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməlidir".

Milli.Az 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *