8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Nazir: "Misirlə birbaşa aviareyslərin açılması inkişafa təkan verə bilər"


Nazir: "Misirlə birbaşa aviareyslərin açılması inkişafa təkan verə bilər"

14.11.2017 16:36
admin

Misirlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misirin Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Ə.Qarayev bildirib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: "İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər".

Nazir turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Həmçinin gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisində (AİTF 2018) Misirin turizm təşkilatlarını və şirkətlərini fəal iştirak etməyə dəvət edib.

X.Fuda öz növbəsində iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirib. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğulayıb. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirilib.

X.Fuda ölkəsinin Cənubi Sinay Vilayətinə gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirib ki, bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *