8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Səfir: "Fransanın böyük limanları Bakı Limanı ilə əməkdaşlıq etməkdə maraqlıdır" - FOTO


Səfir: "Fransanın böyük limanları Bakı Limanı ilə əməkdaşlıq etməkdə maraqlıdır" - FOTO

14.11.2017 14:10
admin

Fransa ölkənin "Marsel", "Port of Le Havre" və "Dyunkerk" böyük limanlarının Bakı Limanı ilə əməkdaşlıq etməsində maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Ələtdə tikilməkdə olan yeni Bakı Limanına səfəri zamanı deyib.

Görüş zamanı nazir R.Quluzadə bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı Xəzər dənizi regionunun ən böyük limanıdır.

Ərazidə tikintinin birinci fazası bitdikdən sonra limanın yük qəbuletmə qabiliyyəti ildə 15 milyon ton, sonuncu 3-cü fazanın inşası ilə isə 25 milyon ton və 1 million TEU konteyner olacaq. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı ölkənin ən böyük nəqliyyat layihələri olaraq, bərpa olunmaqda olan qədim İpək Yolunun ayrılmaz hissəsidir. Eyni zamanda, nazir cari ilin yay aylarında Fransaya səfəri zamanı fransalı həmkarı ilə görüşdüyünü və telekommunikasiya, nəqliyyat sahəsində əməkdaşlığa hər zaman hazır olduğumuzu bildirib. R.Quluzadə eyni zamanda, Fransa şirkətlərini 5-8 dekabr tarixlərində baş tutacaq 23-cü "Bakutel" sərgisinə dəvət edib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.

T.Ziyadov Fransa şirkətlərini yeni limanda birgə fəaliyyətə dəvət edib. Eyni zamanda, baş direktor 2018-ci ilin 8-11 may tarixlərində keçiriləcək və Bakı Limanının ev sahibliyi edəcəyi Dünya Limanları Assosiasiyasının (IAPH) illik toplantısı barədə xanım səfirə məlumat verib.

Fransanın Azərbaycandakı səfiri xanım O.Buşez bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı layihəsinin inşasını yaxından izləyirlər. Onun sözlərinə görə, qeyd olunan liman Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur və Fransa həm iqtisadi, həm də siyasi cəhətdən qeyd olunan layihəni dəstəkləyir.

Xanım səfir ölkəsinin böyük limanları olan "Marsel", "Port of Le Havre" və "Dyunkerk" limanları ilə Bakı Limanının əməkdaşlıq etməsində maraqlı olduqlarını vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *