11,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırıldı


Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırıldı

23.10.2017 20:48
admin

Oktyabrın 23-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskasla görüşüb.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı istiqamətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.

Müdafiə nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.

Səfir K.Yankauskas öz növbəsində bildirib ki, Aİ regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *