4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Avropa Şurası çirkin əməl sahiblərinin diktəsi ilə fəaliyyət göstərirsə, kimə lazımdır?"


"Avropa Şurası çirkin əməl sahiblərinin diktəsi ilə fəaliyyət göstərirsə, kimə lazımdır?"

12.10.2017 20:54
admin

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanla bağlı qəbul etdiyi sənədlər sağlam məntiqə sığmır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu, baş verən hadisələrə ikili standartlardan yanaşmanın nəticəsidir: "Çünki əksər Avropa ölkələrində insan hüquqlarının kobud şəkildə pozulduğu, dini, irqi ayrıseçkiliyin baş alıb getdiyi, kiçik müstəqil dövlətlərə təzyiqlərin gücləndiyi, onların hər vasitə ilə sıxışdırıldığı bir vaxtda belə sənədlərin qəbulu ağılsızlıqdır və sözsüz ki, müəyyən dairələrin maraqlarına xidmət edir. AŞPA bu gün Avropanı düşündürən problemləri gündəmə gətirməli olduğu halda, Azərbaycana qarşı belə qərəzli mövqe nümayiş etdirir".

Deputat qeyd edib ki, bu qərəzli mövqenin səbəbləri aydındır: "Müstəqil siyasət yürüdən, öz müqəddəratını inkişafda, qarşılıqlı əməkdaşlıqda, insanların sosial rifahında görən dövlətimizin fəaliyyəti bəzi ölkələr kimi AŞ PA-nı da qane etmir və onlar ölkəmizi təsir altına almaq üçün belə xoşagəlməz və çirkin kampaniya aparır. Bu təşkilatı insanların hüquq və azadlıqları, demokratik təsisatlar yox, daha çox özünün və himayədarlarının mənafeyi düşündürür. Belə olmasaydı, AŞ PA 25 ildən çox düşmən əsarəti altında qalan Azərbaycan torpaqları və bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz haqqında kəskin mövqedən çıxış edər, erməni işğalçılarını fakt qarşısında qoyardı, yeri gələndə işğalçını müdafiə etməz və ermənipərəst mövqedə dayanmazdı".

T.Rzayev vurğulayıb ki, AŞ PA-nın qəbul etdiyi sənədlər heç vaxt Azərbaycanı təsir altına sala və nüfuzuna xələl gətirə bilməz: "Əksinə, bu, Avropa Şurasının özünü hörmətdən salır, ona inamı sarsıdır və insanlar tərəfindən mənfi qarşılanır. Avropa Şurası nə etdiyini özü də yaxşı bilmir, Avropaya lazım olan Azərbaycana qərəzli mövqedən yanaşmaqla avropalılara zərbə vurmuş olur. Çünki Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması, sülhün və əmin-amanlığın qorunması baxımından Avropaya dəstək verən bir ölkədir. Əgər Avropa Şurası sülhü və əmin-amanlığı dəstəkləyən ölkələrin mənafeyi mövqeyindən çıxış etmirsə, öz qərarlarında haqqı, ədaləti dəstəkləmirsə, subyektiv mövqeyə əsaslanırsa, münasibətlərin korlanmasına yol açırsa, çirkin əməl sahiblərinin diktəsi ilə fəaliyyət göstərirsə, o, kimə lazımdır?"

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələri qəbul edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *