8,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Azərbaycan Ermənistanın dəstəklədiyi terror təşkilatlarından əziyyət çəkir" - FOTO


"Azərbaycan Ermənistanın dəstəklədiyi terror təşkilatlarından əziyyət çəkir" - FOTO

12.10.2017 18:04
admin

Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları" adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Azad Demokratlar Qrupu adından çıxış edən millət vəkili qeyd edib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir:

"Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞİD zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm. İraq türkmənlərinin təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri İŞİD-in İraqda türkmənlərinin yaşadığı bölgələrdə etdikləri dəhşətverici cinayətlərdən bəhs etdilər və AŞ PA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD ilə mübarizə məsələsində onlara dəstək verilmədiyini söylədilər".

Q.Paşayeva qeyd edib ki, əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atmaqdadır:

"Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. İŞİD beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *