23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » ''Ermənistan Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır''


''Ermənistan Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır''

19.06.2017 21:59
admin
foto Azərtac

Ilham Əliyev: Azərbaycan ordusunun adekvat cavabının nəticəsi sizə məlumdur

İyunun 19-da prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikiylə görüşüb.

Xəbəri “Azərtac” yayıb. 

“Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində bizə qarşı növbəti hərbi təxribat törətdi. Nəticədə bir əsgərimizi itirdik”, - deyə prezident bildirib. 

İlham Əliyev qarşı tərəfə adekvat cavab verildiyini söyləyib: 

“Bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz”. 

İ.Əliyev təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü deyib:

“Baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.

Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. 

“Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir”.

Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qeyd edib ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur:

“Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    tags
  • Xəbərlər

Bu bölmədəkilər ətraflı

''Ermənistan Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır''
Gözəl Bayramlı işinə görə daha bir nəfər də ifadə verib
''Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var''
AXCP üzvünün harada olduğu məlum deyil

Mənbə: www.meydan.tv

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив