28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanı daha böyük fəlakət gözləyirdi"


"Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanı daha böyük fəlakət gözləyirdi"

19.06.2017 16:24
admin

"Əgər 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycanı 1920-ci il 28 apreldəki fəlakətdən daha böyük fəlakət gözləyirdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə çıxışında deyib.

F.Hacıyev bildirib ki, əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə tamamilə bütün Azərbaycanı itirəcəkdik:

"Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq".

F.Hacıyev qeyd edib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, məhz onun rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив