23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Gözəl Bayramlı işinə görə daha bir nəfər də ifadə verib


Gözəl Bayramlı işinə görə daha bir nəfər də ifadə verib

19.06.2017 19:09
admin
Eldəniz Quliyev Fotoqraf: sosial şəbəkə

''İstintaqın gördüyü iş hörümçək toru ilə okeanda balina ovlamağa bənzəyir''

İyunun 19-da Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ssenarist Eldəniz Quliyev Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. Bu barədə Eldəniz Quliyev özü məlumat verib. 

Bildirib ki, dindirilmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi ilə bağlı olub: 

“2 saat yarımdan çox dindirildim. Bu cinayət işini də, dindirməni də “mənasız iş” sayıram. İstintaqın gördüyü iş hörümçək toru ilə okeanda balina ovlamağa bənzəyir ki, bu da baş tutan sevda deyil. Mən dedim ki, belə qurama işlər nəticə etibarilə ölkənin imicinə ağır zərbədir . Neçə illəri şərəflə mübarizə aparan bir xanım siyasətçiyə ləkə atmaqdır”.

Bundan əvvəl AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli və jurnalist Şahvələd Çobanoğlu da eyni işlə bağlı prokurorluğa çağırılaraq dindirilib.

2017-ci il mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

    tags
  • Xəbərlər

Bu bölmədəkilər ətraflı

Gözəl Bayramlı işinə görə daha bir nəfər də ifadə verib
''Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var''
AXCP üzvünün harada olduğu məlum deyil
Daha bir siyasi fəala hökm oxundu - Günün icmalı - 16.06.2017

Mənbə: www.meydan.tv

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив