28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » AXCP üzvünün harada olduğu məlum deyil


AXCP üzvünün harada olduğu məlum deyil

19.06.2017 18:04
admin
Füzuli Hüseynov

Füzuli Hüseynov ''Siyasi məhbuslara azadlıq!'' şüarı ilə təkbaşına aksiya keçirib

İyunun 19-da “Siyasi məhbuslara azadlıq!" şüarı ilə təkbaşına aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Füzuli Hüseynovun polis tərəfindən saxlanıldığı bildirilir. 

Məlumatı AXCP Gənclər Komitəsi yayıb. Bildirilir ki, hazırda onun harada olduğu məlum deyil. 

Füzuli Hüseynov mayın 24-də də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiyası keçirmişdi. Həmin gün o, 4 saata yaxın Nəsimi Rayon Polis İdarəsində dindirilmişdi. Daha sonra xəbərdarlıq edilərək sərbəst buraxılmışdı. 

Füzuli Hüseynov dindirilməsi zamanı psixoloji təzyiqlərə məruz qaldığını demişdi: 

“Əvvəl psixolioji təzyiq, sonra çarpaz suallar, ardınca təhqirlərlə dindirməni davam etdirdi. Təəssüf ki, mülki geyimli müstəntiq özünü təqdim etmədən məni, siyasi məhbusları və müxalifət liderlərini təhqir edirdi. Danışığından bildim ki, rütbəsi kapitandır, gənc idi, yetərincə savadlı olsa da, həddən artıq söyüşcül və kobud idi. Suallara imkanım daxilində cavab verirdim, partiya mənsubiyyətim barədə soruşanda dedim ki, bunun istintaqa aidiyyatı yoxdur, vətəndaşam və siyasi məhbusların olmasına etiraz edirəm. Belə cavab verəndə təhqirə keçirdi”.

    tags
  • Xəbərlər

Bu bölmədəkilər ətraflı

AXCP üzvünün harada olduğu məlum deyil
Daha bir siyasi fəala hökm oxundu - Günün icmalı - 16.06.2017
Əfqan Muxtarlı ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək
''Azərbaycan Avropa İttifaqının qarşısında heç bir öhdəlik daşımır''

Mənbə: www.meydan.tv

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив