19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Azərbaycandakı məcburi köçkünlər də beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar"


"Azərbaycandakı məcburi köçkünlər də beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar"

19.06.2017 12:57
admin

Azərbaycandakı məcburi köçkünlər də yalnız BMT-nin Miqrasiya Təşkilatının (BMqT) tərəfindən deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak jurnalistlərə deyib.

Dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrantın olduğunu açıqlayan S.Aktoprakın sözlərinə görə, ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu ölkələrin çeşidliliyi artır:

"Azərbaycan da inkişaf etdikcə - hamımız şahidiyik ki, inkişaf edir - Azərbaycana da çoxlu ölkələrdən miqrantlar gələcəklər. Biz miqrantların gəlməsindən qorxmalı deyilik. Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi də, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də, həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив