26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO


Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO

19.06.2017 12:00
admin

Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyindən mətbuat xidmətindən Mİlli.Az-a verilən məlumata görə, vyetnamlı qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив