15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara bu qurum yardım edəcək


Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara bu qurum yardım edəcək

12.01.2017 11:36
admin
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. 
 
Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb. 
 
Qeyd edək ki, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna əsasən indiyə qədər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərdilər. Ancaq bu sosial yardımı göstərəcək icra hakimiyyəti orqanları və yardımın hansı qaydada göstəriləcəyi müəyyənləşdirilməmişdi. "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna edilən son dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərəcəklər. 
 
Fərmana əsasən xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək yeganə orqan olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müəyyənləşdirilib. Sosial yardımın göstərilməsi qaydası isə Nazirlər Kabineti tərəfindən göstəriləcək. 

Mənbə: www.ann.az



Loading...
Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив