Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,25 RUB

» » Avropa Şurası nümayəndələri Azərbaycanda hesabat istəməyə gəlib


Avropa Şurası nümayəndələri Azərbaycanda hesabat istəməyə gəlib

12.01.2017 12:50
admin

Avropa Şurasının xüsusi missiyası Bakıya gəlib. Səfərdə məqsəd AŞ üzvü üçün məcbur olan qərarların yerinə yetirilməsindən Azərbaycanın imtina etməsilə bağlı məsələlərin öyrənilməsidir.

 

Yanvarın 11-də AŞ baş katibi Yanqland Strasburqda müşavirədə bildirib ki, onun qərarı ilə təşkilatın nizamnaməsinin 52-ci maddəsi əsasında yaradılan xüsusi missiya Azərbaycana gedib.

 

“Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla əlaqədar digər məsələləri müzakirə edəcək”, - Yanqland vurğulayıb.

 

Həmin gün AŞ katibliyinin hüquq departamentinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktor Aleksandr Gessel baş prokurorun müavini Namiq Əsgərovla görüşüblər.

 

Qeyd edək ki, AŞ nizamnaməsinin 52-ci maddəsi AŞ qərarlarına məhəl qoyulmaması və üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsindən imtina halları ilə bağlı təşkilat üzvü olan ölkələrə sanksiya tətbiqini nəzərdə tutur.

 

İndiki halda Azərbaycan hakimiyyəti REAL Hərəkatının lideri, beynəlxalq birlik tərəfindən siyasi məhbus kimi tanınan İlqar Məmmədovun azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına açıq şəkildə məhəl qoymur və yerinə yetirməkdən nümayişkaranə şəkildə imtina edir.

 

Bundan əlavə, Bakı həbsdə olan keçmiş nazir Əli İnsanovun işi üzrə AİHM-nin qərarlarına məhəl qoymur.

 

Azərbaycan hakimiyyəti öz hərəkətləri ilə bağlı tutarlı açıqlama vermir.

Mənbə: faktxeber.com

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031