15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » Çexiya Senatının sədri Azərbaycana gələcək


Çexiya Senatının sədri Azərbaycana gələcək

11.01.2017 17:45
admin
Çexiya Senatının sədri Milan Ştex yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırır.
 
ANN.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

Səfir bildirib ki, səfərin məqsədi Çexiya və Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı barədə danışıqların keçirilməsi, eləcə də ikitərəfli münasibətlərin geniş spektrinin müzakirə olunmasıdır.

Nəzərdə tutulan rəsmi görüşlər çərçivəsində regional əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar və parlament səviyyəsində əməkdaşlıq məslələri də müzkirə ediləcək.

Hazırda tərəflər səfərin vaxtının təyin edilməsi üzərində iş aparırlar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən iki dövlət arasında ticarət dövriyyəsi 2016-cı ildə 312,02 milyon dollar təşkil edib.

Mənbə: www.ann.az



Loading...
Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив