Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,16 RUB

» » Ruhani Azərbaycan-İran sazişini təsdiqlədi


Ruhani Azərbaycan-İran sazişini təsdiqlədi

07.01.2017 23:37
admin

Azərbaycan və İran arasında imzalanmış sənəd prezident Həsən Ruhani tərəfindən təsdiq olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq  parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.   
 
Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.
 
Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış "Xudafərin" və "Qız Qalası" Sazişi 2016-cı ilin dekabr ayının 7-də  İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив