-2,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » Məşhurların "qaranlıq gecədəki" paylaşımları -


Məşhurların "qaranlıq gecədəki" paylaşımları -

03.07.2018 13:43
admin

Ötən gün Mingəçevir İES-in altıncı blokunda baş verən qəza nəticəsində ölkə ərazisində işıqlar sönüb. Bu hadisə qısa zamanda sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir neçə dəqiqənin içində İnstaqram və Facebookda bütün statuslar məhz bu hadisəyə həsr edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar da paylaşımlardan geri qalmayıblar. 

Müğənni Sevda Yahyayeva insanlara müraciət ünvanlayıb:

"Yaşadığınız binada liftləri yoxlayın. Baxın, bəlkə kimsə liftə qalıb? Bu isti havada orada uşaqlı və yaşlı insanlar ola bilər. Bu sizə əziyyət verməz, sadəcə insanlığınızı göstərin"

Əməkdar artist Abbas Bağırov isə gülməli video çəkib və yayımlayaraq bunları qeyd edib: 

"İnşallah, düzələr bu problemdə. Əsas odur ciddi bir hadisə baş verməsin, insanlar sağlam olsun".

Aparıcılar Zaur və Günay Baxşəliyeva qızı Dilavərlə birlikdə foto yayımlayaraq "Xoşbəxtlik insanın daxili işığındadır. Çox qəribədir, işıqlar sönəndə telefonları kənara atıb bir-birimizə daha yaxın olduq. Demək ki, insanın daxili işıqı daha önəmlıidir" sözlərini yazıb.



Aktyor İlkin Misgərli isə "Qanım qaraldı yenə... İşığı bildim, su niyə gəlmir" sözlərini yazıb. 

Aktyor Nicat Rəhimov isə yumoristik video çəkərək yayımlayıb.

Müğənni Aysel Əlizadə də işıqların sönməsinə həsr etdiyi videonu İnstaqramında "İstədim bu işıqsız gecədə maraqlı olsun" şərhi ilə paylaşıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31