10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Övladlığa uşaq götürmək istəyirəm" - Dilarə


"Övladlığa uşaq götürmək istəyirəm" - Dilarə

01.07.2018 10:23
admin

"Eurovision 2014" təmsilçimiz Dilarə Kazımova şəxsi həyatından danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sənətçi "Növbəti dəfə ailə qurmaq niyyətiniz varmı?" sualına belə cavab verib:
 
"Hələ ki, elə bir yenilik yoxdur. Ümumiyyətlə, şəxsi həyatımı gizli saxlamağı sevən insanam. İlk evliliyimə son qoyan zaman mənə çox suallar verildi. Amma lap axırda, rəsmən boşanandan sonra ayrıldığımı açıqladım. Onu da söhbətləri bağlamaq üçün dedim. Amma insanın həyatında sevgi mütləqdir. Sevdiyin şəxs yoxdursa, özünü, həyatı sevməlisən".
Dilarə övladlığa uşaq götürmək istədiyini də dilə gətirib:

"Bu barədə düşünürəm. Fikirləşmişdim ki, bioloji olaraq ana olsam da, olmasam da uşaqlar evindən övladlığa uşaq götürəcəm. Əgər insanda bu imkan varsa, niyə də götürməsin. İndi də bu barədə düşünürəm. Amma buna illərlə yaxınlaşmaq lazımdır. Çünki bu böyük və dərin bir məsuliyyətdir. Övladı götürürsənsə, axıra qədər saxlamalısan. Bəziləri övladlığa uşaq götürür, daha sonra qaytarır. Bu düzgün deyil. Yaxşılıq etmək imkanın varsa, bunu mütləq et. Bunun üçün rəsmi olaraq hələ ki, müraciət etməmişəm. Ola bilsin ki, birazdan. Bu fikir beynimdə var".

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031