10,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Guya, mənə görə yol bağlanıb...”


“Guya, mənə görə yol bağlanıb...”

30.06.2018 12:28
admin

Səhər çox sevdiyim bir neçə dostum mənə dedi ki, səninlə bağlı xəbərlər yayılıb.  Məlumatı yazan saytları mən oxumuram. Çünki o xəbəri yayanlar reketliklə məşğuldu, Mətbuat Şurası da elə onları qara siyahıya salıb.  Bu səbəbdən Azərbaycandan o saytlara girməyə qadağa qoyulub.  Bu açıqlamanı dostlarıma görə verirəm. Narahat olmayın, o boş xəbərlərə də inanmayın. 

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli İnstaqram səhifəsində yazıb. Sənətçi bir neçə mediada yolların ona görə bağlanması, yol polislərinin müşayiəti ilə hərəkət etməsi barədə məlumatları təkzib edib:

"Guya, polis məni müşayiət edib, mənə görə yol bağlanıb? Başa düşmədim! Mən kiməm? Dövlət məmuruyam, nazirəm? Mənə görə yol niyə bağlanmalıdır? Mən Azərbaycan qanunlarına riayət edən bir vətəndaşam. Kimin nə həddinə ki, ölkə qanunlarını poza? Kimin nə həddinə ki, məni qanunu pozan biri kimi qələmə verə, mənə şər ata? Ay gözəl insanlar, tam dəqiqliyi ilə deyirəm ki, belə bir şey olmayıb!!! Siz hər ağıldankəmin xəbərinə inanırsınız?"

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031