9,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » ​Azərbaycanlı müğənni ukraynalı həmkarı ilə duet oxudu - VİDEO - FOTO


​Azərbaycanlı müğənni ukraynalı həmkarı ilə duet oxudu - VİDEO - FOTO

29.06.2018 19:12
admin

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan müğənni Pərviz Abdullayev maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, Ukraynadan gələn xanım ifaçı ilə duet oxumağı götür-qoyub edib, nəhayət, yeni bir işə qol qoyan sənətçi, deyəsən, mahnını çox bəyənib: 

"Mahnı Ukraynadan gələn gözəl bir dostumuzundur. Biz də qərara gəldik ki, duet ifa edək. Mahnının musiqisi Anastasiyaya aiddir. Bu mahnını özüylə birgə ifa edəcəyik. Sözləri də Hüseyn Best və Fuad Vəlizadəyə aiddir. Mahnı "Mənim üçün yaranmısan" adlanır. 

Anastasiya: "Mən Azərbaycan dilində danışmağı, ümumiyyətlə, bilmirdim. Amma zaman keçdikcə mənə dəstək oldular. Sonra Samir Şirinovla tanış oldum. O, mənim bacarığıma inandı və komandasına daxil etdi. Beləliklə də, işbirliyimiz yarandı".

İlk dəfə "Şou məkan"da eşitdiyiniz bu duetə Pərviz klip çəkdirib mahnı ilə ekran işini eyni vaxtda təqdim etməyi planlaşdırır:

"Mahnı və klipi eyni vaxtda təqdim etmək istəyirik. Artıq mahnıya klip çəkməyə hazırlaşırıq". 

Samir Şirinov - layihənin rəhbəri: "Bu yaxın günlərdə klip çəkilişlərinə başlayırıq. Klipin rejissoru Rafiq Hacıyevdir. Bu sahədə tanınmış, peşəkar insandır. İstəyirik ki, kadrlarda ölkəmizi də göstərək. Çünki bu, beynəlxalq layihə sayılır".

Pərviz uzun müddətdir sənətdə olsa da, yaradıcılığında çox az klip gözə dəyməsinin səbəbini açıqlayıb:

"Samirlə yeni mahnılarımız olanda deyirdik ki, hamısına klip çəkəcəyik. Amma vaxt olmur, mahnın vaxtı keçirdi, biz də istəmirdik. Yeni ideyalar gəlirdi. Amma bu dəfə istədik ki, o ideyaları yerinə yetirək".

Müğənni hələ də bir çoxunun Zamiq Hüseynovun mahnısı deyə bildiyi, ancaq Pərvizin ifa etdiyi "Sevgilim" mahnısı haqda da danışdı: 

"Aleksey Çumakovun repertuarında olan 2010-cu ilin mahnısıdır. Sözlərini Fuad Vəlizadə yazdı. Samir də aranjiman etdi, oxuduq. Kimə deyirəm ki, o mahnını mən oxumuşam deyirlər elə bilirdik Zamiq oxuyub. Çünki Zamiq bu tərz mahnı oxuyur". 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı müğənni ukraynalı həmkarı ilə duet oxudu

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031