-2,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Xalq artistinin oğlu: "Atama zəng edib deyirdilər ki, oğlun qəzaya düşüb, halbuki..." - FOTO


Xalq artistinin oğlu: "Atama zəng edib deyirdilər ki, oğlun qəzaya düşüb, halbuki..." - FOTO

25.06.2018 22:17
admin

Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadənin Milli.Az-a müsahibəsi.

- Mətin, böyük sənətkarımız Yalçın Rzazadənin sənətini davam etdirirsiz. Amma sənətə bir qədər gec gəldiniz. Buna səbəb nə idi?

- Çünki o vaxtı hansısa müğənnilər sponsor dalınca qaçanda, mən savad dalınca qaçırdım. 4-cü sinifdən uşaq filarmoniyasında dərs almışam. Böyük sənətkarımız Mobil Əhmədov burada mənə dərs deyib. 6-cı sinifdə Bülbül adına musiqi məktəbinə daxil olmuşam. 7-ci sinifdə artıq "Şərq ulduzları" uşaq ansamblının solisti idim. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində vokal şöbəsini bitirdim, məhz bundan sonra səhnəyə, şou-biznesə ayaq basmışam. Amma bugünkü gün fikirləşirəm ki, bizim səhnəyə nə savad lazımdır, nə də təhsil.

- Məndə olan məlumata görə, atanız müğənni olmağınızı istəməyib. Hətta sizi öz sinfinə 1 ildən sonra qəbul edib.

- Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, istəmirdi ki, bu sənətə gəlim. Ona görə də atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Amma sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi. Bugünkü gündə də mən üstünlüyü atamın oxuduğu mahnılara verirəm. Atamın davamçısı kimi sənətdəyəm. Sözsüz ki, mən bu sənətdə səhvlər buraxsaydım, atam oxumağıma icazə verməzdi.

- Yalçın müəllimin layiqli davamçısı olduğunuz həm seçdiyiniz repertuarda, həm də geyim tərzinizdə özünü göstərir.

- Yalçın müəllim artıq Yalçın müəllimdir. Onun etdiyinin yarısını belə etmək üçün mənim ömür boyu vaxtım çatmaz. Ona görə mən çalışıram ki, Yalçın müəllimin adına ləkə gətirməyib, öz yolumu gedim. Atam mənə demişdi ki, bu sənətə gəlmisənsə, çalış birinci ol, birinci ola bilməyəcəksənsə, bu sənətdən kənara çəkil. O ki qaldı geyim tərzimə... müğənni nə ilə seçilməlidir? Keyfiyyətli mahnısı, geyimi və səhnə mədəniyyəti ilə. Mən hər verilişdən öncə atamla məsləhətləşirəm, o, mənə verilişə uyğun, mahnıya uyğun geyim seçməkdə köməklik göstərir.

- Ən böyük iradı sizə nə olub?

- Ola bilsin ki, nə vaxtsa irad bildirib, amma bugünkü gün mən o iradlardan nəticə çıxarmışam və bilirəm ki, nə düzgündür, nə yox. Ona görə də uzun müddətdir irad bildirmir. Sənətimdə hər şey Yalçın müəllimi qane edir. Ən böyük iradı, təbii ki, sənətlə bağlı olub.

- Atanızla sizi üz-üzə qoyanlar olub?

- Xeyr, belə hallar baş verməyib. Amma bir dəfə qəza keçirmişdim, üstündən 1 il keçəndən sonra atama zəng edib demişdilər ki, oğlunuz qəzaya düşüb, halbuki bu qəza 1 il əvvəl baş vermişdi. Bilmirəm niyə bunu yenidən gündəmə gətirmişdilər. Təbii ki, atam çox narahat olmuşdu.

- Gəlin razılaşaq ki, siz tam kütlə müğənnisi deyilsiniz. Sizcə, müğənni kütləyə boyun əyməlidir yoxsa...

- Bugünkü gün bütün mahnıların ömrü qısadır. Yeni çıxan mahnıları iki gündən artıq dinləyə bilmirəm. Gərək müğənni tamaşaçını yormasın. O səhnəyə çıxırsa, efirə çıxırsa  gərək mahnısından danışsın, sənətindən danışsın. Müğənni kütləyə əyilməməlidir, o, elə etməlidir ki, kütlə onun oxuduğunu qəbul etsin. Müğənnini oxuduğu mahnıya görə sevməlidirlər. Mən hal-hazırda toylar idarə edirəm. Məni toya repertuarıma görə dəvət edirlər. Kütlənin sevdiyi mahnıları mən yox, yanımdakı hər toyda mənimlə olan xanım müğənni ifa edir. Hansı ki kütlə o mahnıları sevir və bəyənir.

- Hansısa müğənninin mahnısını toyda ifa etmirsiz?

- Xeyr, bunu qəbul etmirəm. Çünki məni toya dəvət edən insan bilir ki, mən nə üslubda oxuyuram. Əgər hansısa müğənninin mahnısını oxuyacaqdımsa, niyə məni toya dəvət edirdilər? Elə həmin müğənnini dəvət etsinlər də.

- Artıq toy mövsümü başlayıb. Digər müğənnilər kimi sizin siyahınızda da yerlər 1 ay əvvəlcədən tutulub?

- Ola bilər ki, kiminsə təqvimi əvvəlcədən tutulub. Mən heç vaxt kiminsə bostanına, bağına baxmıram. Şükür Allaha, toylar da olur. Müğənni çalışmalıdır toya elə qiymətə getsin ki, xalq onu öz toyunda görə bilsin. Biz toya elə qiymətə gedirik ki, hər bir insanın maddi imkanı buna çatır.

- Sirr deyilsə, qiyməti bilmək olar?

- 2 min 500 manata bütün toyu idarə edirəm.

- Həqiqətən, çox aşağı qiymətdir...

- İnsan var ki, toy qiymətini soruşanda deyir ki, gəl görüşək. İnsan da var ki, qiyməti aşağı saldırmaq istəyir. Ona görə də elə toy qiyməti qoymuşam ki, istəyənlər məni öz toylarında görsün. Yarım saata da 500 manata gedirəm.

- Toy qiymətinizin bu qədər aşağı olmasında Yalçın müəllimin təsiri var?

- Yalçın müəllimi mənim toydan qazancım maraqlandırmır, ona görə də toy qiymətimdən xəbəri yoxdur.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728